Rusiyanın Novosibirsk şəhərində 52 yaşlı “qanuni oğru” Antip ləqəbli Yevgeni Antipov vəfat edib.
Rusiya KİV-lərinin verdiyi məluma görə o, oğru aləmində skayp vasitəsi ilə taclandırılan yeganə "oğru" olub.
Antipin tərcümeyi halında 42 yaşlı Kənan Cəlilovun da adı keçir. Hələ 2014 cü ildə Antipin adamları Cəlilovun kamerasına soxularaq onu vəhşicəsinə döyüblər. Bundan sonra o, ağır xəsarətlərlə uzun müddət həbsxananın xəstəxanasında müalicə olunub.
Məlumata görə, Kənan Cəlilov Novosibirsk vilayətində Antipə haqq verməyən yeganə iş adamı imiş.