Cəlilabadda yaşayış evlərindən oğurluq edən keçmiş məhkum saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Göytəpə qəsəbəsində evlərdən birindən 1000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elşən Bayramov saxlanılıb.
Əlavə araşdırmalarla onun Göytəpə qəsəbəsi ərazisində daha iki evdən də oğurluq etdiyi müəyyən olunub.
Hazırda faktla bağlı araşdırmalar aparılır.