Abşeronda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, rayonun Masazır qəsəbəsindəki evlərin birindən 18000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Beyləqan rayon sakini R.Məmmədova müəyyən olunaraq saxlanılıb.