Estoniya Rusiyaya qarşı böyük səngər qazır

2027-ci ildə Estoniyanın Rusiya ilə sərhədində 40 kilometrlik böyük səngər peyda olacaq.

“Səngər təbii maneələr olan Narva çayını və Peipus gölünü tamamlayacaqdır. Bataqlıq ərazilərdə buna ümumiyyətlə ehtiyac olmayacaq, onsuz da düşmən texnikası oradan keçə bilməyəcək”, deyə Estoniya Baş Qərargahının nümayəndəsi Ayvar Afanasyev açıqlama verib.

Əvvəllər Estoniya Narva körpüsünə qapılar quraşdırıb, Litva isə Belarusla sərhədində oxşar istehkamlar tikməyə başlayıb.

Stopnarkotik.az