Döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda hərbçi ilə əlaqə kəsilib.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayılıb.
“Yanvarın 13-də son dərəcə əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu ilə əlaqə kəsilib.
Güclü qar və dumana baxmayaraq axtarış-xilasetmə işləri davam edir. Hərbçinin tapılması üçün bütün lazımi tədbirlər görülür”, - deyə nazirlikdən bildirilib.