Kürdəxanı qəsəbəsindəki obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən mıəlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 2000 kvadratmetr olan istixana kompleksinin inzibati binası 560 kvadratmetr sahədə yanıb.
İnzibati binanın böyük hissəsi və bitişik tikilmiş istixanalar yanğından mühafizə olunub.
***11:29
Kürdəxanıdakı obyektdə yanğın məhdudlaşdırılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
***10:13
Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyekt yanır.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.




