Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyədə bıçaqlanması ilə bağlı saxlanılanlar var.
Bu barədə “Haber Türk” məlumat yayıb.
Telekanalın yaydığı məlumata görə, Antalyanın Kəmər bölgəsində baş verən hadisəyə görə 5 nəfər şübhəli bilinir. Onlardan üçü özbəkistanlı, ikisi isə azərbaycanlıdır.
Qeyd olunur ki, hadisədən sonra qaçan şəxslər Antalya hava limanında saxlanılıb. Onlar qaçmazdan əvvəl şəhər mərkəzində bərbərə gedərək imiclərini və paltarlarını dəyişiblər.
O da bildirilir ki, şübhəli şəxslərdən biri hadisə axşamı Rusiya qaçmağa müvəffəq olub. Lakin o da Rusiyada hava limanında saxlanılıb. Həmin şəxsin Türkiyəyə ekstradisiyası planlaşdırılır.
Telekanalın iddiasına görə, saxlanılan şəxslərdən biri millinin baş məşqçisidir. “Teleqraf” isə söhbətin Azərbaycanın kikboksinq üzrə milli komandasının baş məşqçisi Elşən Abdulrəhimovdan getdiyini yazıb.
***
Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb. Onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov da var. "Teleqraf" xəbər verir ki, bu barədə "Haberturk TV” məlumat yayıb.
Kanalın yaydığı məlumata görə, üçü Özbəkistan, ikisi Azərbaycan vətəndaşı olan beş nəfər saxlanılıb. Onlar hadisəni törətdikdən sonra bərbərə gedərək, saçlarını kəsdirib, paltarlarını dəyişsələr də, türk jandarması onları Antalya aeroportunda saxlayıb. Şübhəli şəxslərdən biri Rusiyaya qaçmağa müvəffəq olsa da, Türkiyənin qarşı tərəfə məlumat verməsi ilə təyyarədən düşən kimi saxlanılıb. Hazırda həmin şəxsin Türkiyəyə ekstradisiya olunması ilə bağlı zəruri prosedurlar həyata keçirilir.
Saxlanılan şəxslərdən birinin Azərbaycan milli komandasının baş məşqçisi olduğu bildirilir.
Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət Azərbaycanın kikboksinq üzrə milli komandasının baş məşqçisi Elşən Abdulrəhimovdan gedir.
Qeyd edək ki, Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev may ayının 28-də Antalyada keçirilən dünya çempionatı zamanı iki nəfərin hücumuna məruz qalıb. O, boynundan və qarnından bıçaqlanmışdı. Əməliyyatdan sonra palataya köçürülən federasiya prezidentinin vəziyyəti stabil qiymətləndirilir.