Dövlətə xəyanətdə təqsirləndirilən Tərlan Abbasovun məhkəmə istintaqı yekunlaşıb.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror Elmin Mirzəyev ittiham nitqi ilə çıxış edib.
Prokuror Tərlan Abbasovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil müdafiə çıxışı üçün vaxt istəyib.
Məhkəmənin yekun iclası yanvarın 18-nə təyin edilib.
Qeyd edək ki, Tərlan Abbasova Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham verilib.