Başqırdıstanda doqquz yaşlı uşaq balta ilə polisə hücum edib. Uşaq haker atasını həbs etməyə gələn polislərdən qorumağa çalışıb.
Bildirilir ki, 37 yaşlı haker başqasının bank kartından 10 min rubl (169 manat) silib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarın şəxsiyyətini müəyyən edib və tutmağa gəliblər.
Ancaq kişi dindirilməyə getməkdən qəti şəkildə imtina edib. O, eyvandan balta götürərək polislərə hədə-qorxu gəlib və söyüş söyərək polisi qovmağa çalışıb, amma alınmayıb - hüquq-mühafizə orqanı əməkdaşları onu zərərsizləşdiriblər.
Bu zaman hakerin doqquz yaşlı oğlu eyvanda ikinci balta taparaq atasına kömək etməyə qaçıb. O, baltanın küt tərəfi ilə var gücü ilə baş leytenantın kürəyinə vurub.
Nəticədə hər ikisi - kişi və oğlu polis bölməsinə aparılıblar.