Dələduzluqla məşğul olan qlobal zəng mərkəzi şəbəkəsi ifşa olundu-TƏFƏRRÜAT

Ukraynada hüquq mühafizə orqanları qlobal zəng mərkəzi şəbəkəsini aşkarlayıblar. Onlar mərkəzin əməkdaşlarını ifşa edib ofisi dağıdıblar.

Stopnarkotik.az xəbər verir ki, məlumatı “fraza.ua” yayıb.

Nəşrin məlumatına görə, bu çoxmilyonluq sxeminin başında məşhur türk televiziya fırıldaqçısı Çağrı Öztürk durub. Dələduzluğun liderlərindən biri Koç Asmi və Bahar ləqəbli Koç Serdem deportasiya edilib. O, törətdiyi cinayətə görə Türkiyədə ittihamlarla üzləşəcək.

İki ölkə arasında dostluq münasibətləri cinayətkarlıqla mübarizəyə qədər uzandığından Ukrayna da bu məsələdə Türkiyə hökumətinə yardım edib. Məlumdur ki, geniş dələduzluq şəbəkəsi Aİ-nin hər yerində, eləcə də Türkiyədə fəaliyyət göstərir və insanları aldadır. İstintaq davam edir və kəşfiyyat orqanları bu sxemi həyata keçirənlərin Türkiyə vətəndaşları olduğunu artıq müəyyən ediblər. Türkiyənin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq davam edir. Nəşrin məlumatına görə, zəng mərkəzlərinin özləri Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən ifşa edilib və artıq fəaliyyət göstərmir.

Bildirilir ki, cinayətkar şəbəkənin bütün iştirakçıları və rəhbərləri ifşa olunacaq, onların əksəriyyəti isə təhlükəsizlik xidmətlərindən qaçıb gizlənir.

Stopnarkotik.az