Dələduzluqda təqsirləndirilən Elbar Haqverdiyev, Ruhəngiz Məmmədova, Niyaməddin Abasov, Pərviz Əliyev və Turac Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Stopnarkotik.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Niyaməddin Abasov 5 il, Pərviz Əliyev 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Hər iki təqsirləndirilən məhkəmə zalında həbs olunub.
Digər təqsirləndirilən şəxslər Elbar Haqverdiyev, Ruhəngiz Məmmədova və Turac Məmmədov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 2 il şərti azadlıqdan məhrum etmə qərarı verilib.
Həbs edilən şəxslər dəymiş ziyanı ödəməyib, digər 3 şəxs isə dəyən ziyanı tam ödəyib.
Bu iş üzrə təqsirləndirilən Samirə Mirzəyevə istintaqdan gizlənib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər müxtəlif şəxslərə yalan vədlər verərək onlara pensiya düzəldəcəkləri barədə söz verib və 300 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) maddəsi ilə ittiham verilib./apa