Quba və Sumqayıt şəhər sakinləri olan 2 nəfəri aldadan şəxsin hər birinə hesabına 461 manat pul ödətdirməsi barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Güləli Kazımov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.