Dələduzluğa görə axtarışda olan şəxs ələ keçdi

Azərbaycanda dələduzluq etməkdə şübhəli bilinən şəxslərin tutulması üçün tədbirlər görülür.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Polis əməkdaşlarının iyulun 4-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 1 nəfər saxlanılaraq istintaqa təhvil verilib.