Dələduzluğa görə axtarışda olan 7 nəfər tutuldu - RƏSMİ AÇIQLAMA

Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 10-da, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq cinayətinə görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaq orqanlarına təhvil verilib.