Daşkəsəndə dəhşətli qətl: kişi arvadını baltaladı

Daşkəsən rayonu, Əmirvar kənd sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanın iyunun 24-də saat 02 radələrində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Stopnarkotik.az-a Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevin aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək arvadı Atlas Ocaqverdiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.