COP29-da qida tullantıları yenidən emal ediləcək

COP29-da qida tullantıları yenidən emal ediləcək.

Stopnarkotik.az xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Catering,təmizlik və tullantıların təmizlənməsi departamentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, tədbirin formatına əsasən 3 qidalanma prosesi mövcuddur.

“Bunlardan biri portal satışıdır ki, ölkə pavilyonları artıq sifarişlər verməyə başlayıb. Onlar üçün hazırlıqlar davam edir. Azərbaycanda ilk dəfə COP29 tədbirində qida tullantılarının yenidən emalı olacaq. Bu səbəbdən tullantıları çeşidləyirik.

Tədbir müdəttində yerli məshullara üstünlük veriləcək. Xarici ölkədən məhsul gətirdik ki, onun gətirilmə müddətində, daşınmasında karbon qazı havaya buraxılır. Biz bunun qarşısını almağa çalışırıq”, - deyə o bildirib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.