Cəlilabad rayonunun Cavadxan küçəsində, evlərdən birində meyit aşkar olunub.
Stopnarkotik.az xəbər verir ki, hazırda kimliyi bəlli olmayan gənc oğlanın kimliyi araşdırılır.
Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.