CƏLİLABADDA DƏHŞƏTLİ QƏTL: qadın qaynı tərəfindən öldürüldü

Cəlilabadda qətl hadisəsi törədilib.

Stopnarkotik.az xəbər verir ki, rayonunun Alar kəndində 1963-cü il təvəllüdlü Tərbiyə Nəriman qızı Nərimanova qətlə yetirilib.

Onun qaynı Təhmasib Tərxan oğlu Əliyev tərəfindən öldürüldüyü bildirilir.

Qətlin motivi hələlik məlum deyil.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.