30.11.2025-ci il tarixində saat 13:00 radələrində xəsarət alması səbəbilə 1990-cı il təvəllüdlü (kişi) şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildiriblər.
Məlumata görə, kişiyə döş qəfəsinin, ürək nahiyəsinə nüfuz edən kəsilmiş, deşilmiş iti alət yarası, ürəyin tomponadası, daxili qanaxma və hemorragik şok 3-4 diaqnozu təyin edilib.
Pasiyent dərhal cərrahi əməliyyata alınıb. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 14:30 radələrində ölüm faktı qeydə alınıb.
***
18:32
Cəlilabadda baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.
Belə ki, günorta saatlarında Vüsal Cəfərovla həyat yoldaşı Kəsirə Cəfərova arasında mübahisə yaranıb.
Mübahisə zəminində K.Cəfərova bıçağa əl ataraq ərinə xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Kəsirə Cəfərova artıq polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, mərhum Vüsal Cəfərov daş karxanasında çalışıb və hadisə baş verən vaxt o, işdən evinə yenicə qayıdıb.
***
17:56
Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
Hadisə rayonun Günəşli kəndində qeydə alınıb.
Kənd sakini 1990-cı il təvəllüdlü Vüsal Cəfərov kəsilmiş deyilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Aparılan təcili tibbi tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin olaraq onun ehtiyatsızlıqdan yıxılaraq xəsarət aldığı bildirilib.
Hadisə yerinə cəlb olunan hüquq mühafizə orqanları əməkdaşlarının keçirdikləri tədbirlərlə Vüsal Cəfərova həyat yoldaşı 32 yaşlı Kəsirə Cəfərovanın bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
K.Cəfərova şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.