Həmyerlilərini bıçaqlayan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Cəlilabad rayonunun Alar kəndi ərazisində həmin kəndin sakinləri, 2006-cı il təvəllüdlü İ.Nağıyev və bir nəfər yeniyetməyə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 2005-ci il təvəllüdlü R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
*** 13:14
Cəlilabadda yeniyetmə 4 bıçaq xəsarəti alıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Cəlilabad rayon sakini, 2007-ci il təvəllüdlü H. Salamzadə münaqişə zəminində bıçaqlanıb. Onun bədəninin müxtəlif nahiyələrinə 4 bıçaq zərbəsi vurulduğu bildirilir.
Yeniyetmə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sağ döş qəfəsinin nüfuz edən yarası və sağ budun yuxarı 3/1-nin yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.