Venesuelalı "Tren de Aragua" adlı banda tərəfindən idarə olunan seks alveri şəbəkəsi 3 qeyri-leqal əcnəbinin idarə etdiyi 4 ştatda çökdürülüb.
Stopnarkotik.az-ın verdiyi xəbərə görə, onların Virciniya, Luiziana, Texas, Floridadakı evlərdə saxlanılan 30 qurbanı olub və qurbanların daşınmasında xeyriyyə təşkilatı günahlandırılır.
Qurban qızların şikayətində deyilir ki, onlara hər gün səhər saat 4-dən səhər 8-ə qədər yatmaq üçün cəmi 4 saat vaxt verilib. Kriminal dəstə qurbanları işləmək üçün ev, immiqrasiya vəkili və ailənin ABŞ-a getməsinə kömək vədi ilə cəlb edib. Aldadlıb gətirildikdən sonra qurbanlardan tələb olunub ki, onlar ya insan alverçilərinə 30.000 dollar ödəməlidirlər ya da bu pulu fahişəlik edərək qazanıb verməlidirlər.
Bu barədə ABŞ Konqressinin Respublikaçılar partiyasından olan üzvü Riçard Hadson prezident Baydenin ünvanına tənqidlər səsləndirərkən bildirib. O deyib ki, “bu kriminal dəstələr Co Baydenin ölkəmizə daxil olmasına icazə verdiyi insanlardır”.
Qurbanlar məlumat veriblər ki, onlara sığınacaq verilməsi prosesində ölkəyə giriş üçün necə aldatmağı öyrədiblər, yalnız ölkəyə girişdən sonra biliblər ki, daimi nəzarət altnda qalacaqlar, çünki fahişləri bandaya olan borclarını ödəməyə məcbur edirlər.
Bir qurban gəldikdən bir neçə gün sonra Baton Rujdakı müstəntiqlərə zəng edib və bununla insan alveri şəbəkəsini çökdürən istintaq başlayıb. O, müstəntiqlərə bildirib ki, banda onu Baton Ruja çatdırmaq üçün "ianə" ödəyib. Bu xeyriyyə təşkilatının hansı təşkilat olduğu barədə heç bir məlumat yoxdur, lakin Baş Prokurorluğun Qvatemaladakı QHT-lərin + "xeyriyyə təşkilatları", Baydenin insan alveri şəbəkələri və bu QHT-lər arasındakı əlaqələri ilə bağlı araşdırmasını nəzərə alsaq, məsələ çox maraqlıdır. Bayden administrasiyası həmin baş prokuroru işdən çıxarmağa çalışır.
Haqqında söhbət gedən bandanın başçısı olan üç qeyri-leqal miqrantdan biri isə bu qızların banda içində “nəzarətçisi” olmaqda ittiham olunan Allbert Herrera Maçadodur.
Osleidy Vanesa Çourio Diaz və Xosmar Xesus Sambrano Çirinos, miqrantların ailə üzvlərinin həyatına təhlükə yaratmaqda və insan alveri şəbəkəsini idarə etməkdə ittiham olunan digər iki qeyri-leqal əcnəbidir.
Konqressmen Riçard Hadson bildirib ki, “bu nöqtədə Co Bayden və onun bütün administrasiyası sərhədimizin cinayətkarlar tərəfindən işğal edilməsinə icazə verməkdə günahkar kimi ittiham edilməlidir”.
Stopnarkotik.az