Cabir İmanov dəfn edildi - FOTOLAR / YENİLƏNİB

Əməkdar artist Cabir İmanov dəfn edilib.

Stopnarkotik.az xəbər verir ki, o, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

***13:16

Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.

Stopnarkotik.az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, dostları, incəsənət və mədəniyyət xadimləri iştirak edirlər.

Qeyd edək ki, Əməkdar artist "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Cabir İmanov dünən ürək tutması səbəbilə vəfat edib.

Əməkdar artist Cabir İmanovun vida mərasimi keçirilir (FOTO)