Bəxtiyar Həsənov Rusiya vətəndaşlığından çıxarıldı

“Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” Moskva Regional İctimai Təşkilatının sədri Bəxtiyar Həsənov Rusiya vətəndaşlığından məhrum edilib.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya hakimiyyət dairələrinə yaxın "Readovka" kanalının iddiasına görə, o, “qeyri-leqal miqrasiya, kontrafakt dövriyyəsi və milli zəmində qarşıdurmalar yaratmaq”da ittiham olunur.

Qeyd edək ki, Həsənov Rusiyada vətəndaşlığını 2000-ci illərdə alıb.

O, bu yaxınlarda Moskva Dövlət Linqvistik Universitetində çıxışı zamanı rektora hədiyyə təqdim edərkən həmin hədiyyənin Şuşadan gətirildiyini bildirib.