“Bütün Türkiyə onun arxasındadır” - Ançelloti

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti bu mövsüm zədə problemlərinə görə çox az oynayan Arda Gülər ​​üzərində böyük təzyiq olduğunu və onu anladığını deyib.

Ançelotti bütün Türkiyənin Ardanı yaşıl meydanlarda görməyi arzuladığını deyib.

“Xetafe” ilə matç öncəsi mətbuat konfransı keçirən baş məşqçi Arda Gülərlə bağlı suala belə cavab verib:

“O, yaxşı irəliləyir. Fiziki cəhətdən hər gün yaxşılaşır və İspaniya futbolunun intensivliyinə öyrəşir. Amma hər zaman dediyim kimi, səbirli olmaq lazımdır. Mən Ardaya olan təzyiqi anlayıram, çünki bütün Türkiyə onun arxasındadır. Amma bu uşağın 18 yaşı var. Onun vaxtı gələcək”.

Qeyd edək ki, Arda Gülər ​​Kral klubunda indiyə qədər ümumilikdə 59 dəqiqə oyunda olub.

Türk futbolçu Superkubok yarımfinalında “Atletico Madrid” və son səfərdə “Las Palmas” matçının son dəqiqələrində meydana daxil olub.