"Boşanacaqdılar, biz barışdırdıq" - Kürdəmirdəki qandonduran hadisənin detalları

Kürdəmirdə ailə münaqişəsi qanla nəticələnib. Hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb.

Kənd sakini Nizami Hüseynov həyat yoldaşı, 31 yaşlı Sara Hüseynovaya çoxsaylı bıçaq xəsarətləri yetirib.

Yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub. Ona döş qəfəsinin arxa hissəsinin kəsilmiş yarası diaqnozu qoyulub və təcili əməliyyat olunub. Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Cinayəti törətməkdə şübhəli bilinən Nizami Hüseynovun qardaşı Xəqani Hüseynov Baku TV-yə hadisə barədə danışıb:

“Gecə uşaqları zəng etdi ki, atamla anam dava edir. Gəlib gördüm, anam onları ayırıb. Sara xəsarət almışdı, onu dərhal xəstəxanaya çatdırdım. Bir ara boşanmaq üçün ərizə vermişdilər, sonra biz barışdırmışdıq, amma yenə aralarında münaqişə olub”.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda cinayət işi açılıb və araşdırmalar davam etdirilir.