Bölmələrimiz “düşmən” hədəflərini məhv etdi - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun 2024-cü il üçün hazırlıq planına uyğun olaraq komanda-qərargah təlimi keçirilib, şərti düşmənin planlı və plandankənar hədəfləri məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimə cəlb olunan bölmələr “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılıb, onların manevr imkanları, komandirlərin və qərargahların əməliyyat şəraitində idarəetmə bacarıqları yoxlanılıb.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə raket və artilleriya bölmələri şərti düşmənin planlı və plandankənar hədəflərini atəşlə məhv ediblər. Komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib.