Son 24 saat ərzində Gürcüstan paytaxtı Tiflis və digər regionlarda 42 narkotik cinayətkarı saxlanılıb ki, onların da əksəriyyəti narkotik alverçiləridir.
Stopnarkotik.az xəbər verir ki, saxlanılanlar arasında Gürcüstan vətəndaşları və əcnəbilər də var. Onları 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir. Polis saxlanılanlardan “qara bazar”da satış üçün nəzərdə tutulmuş narkotik vasitələr (kokain, heroin, alfa-PVP, suboksin, metadon, mefedron, MDMA) götürüb.
Stopnarkotik.az