Binəqədidə moped oğurlayan yeniyetmə tutuldu

Binəqədi rayonu ərazisində bir nəfərin mopedinin oğurlanması barədə polisə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.