Binəqədidə evdən 10 min manatlıq oğurluq edən iki nəfər saxlanıldı - BİRİ KEÇMİŞ MƏHKUMDUR

Bakının Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 10 min manat dəyərində məişət əşyaları oğurlanıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı M.Kərimov və 20 yaşlı M.Qurbanzadə müəyyən olunaraq saxlanılıblar.

Məlumata görə, faktla bağlı araşdırma aparılır.