Binəqədidə 17 yaşlı oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB

Oktyabrın 12-də axşam saatlarında paytaxtın Binəqədi rayonu ərazisində 2007-ci təvəllüdlü M.Kərimovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə ilə bağlı təhqiqat araşdırması başlanılıb.

Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxsin və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər görülür.

*** 21:03

Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər xəsarət alıb.

Hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü Kərimov Məhəmməd Rövşən oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır./apa