"Binəqədi Gənclər Şəhərciyi"ndə QƏTL: 60 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Abşeronda qətl hadisəsi baş verib.

Hadisə gecə saatlarında Mehdiabad qəsəbəsində "Binəqədi Gənclər Şəhərciyi"ndə baş verib.

Belə ki, 1965-ci il təvəllüdlü kişi naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya aparılırarkən yolda ölüb.

Hadisəni törətdən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.