Bakıda mağaza qarət olunub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, oktyabrın 13-də Binə qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 500 manat dəyərində oğurluq edilib.
Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisədə şübhəli bilinən 2 qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.