Biləsuvarda kart hesabını yoxlamaq istəyən 73 yaşlı kişini talamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə əməli törətmiş 2006-cı il təvəllüdlü C.Ağayev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, kart sahibi bankomata yaxınlaşaraq digər bir şəxslə birlikdə hesabındakı məbləği öyrənmək istəyib. Bu zaman səhvən hesabdan pul çıxarsalar da bundan xəbərsiz olduqları üçün məbləğ çıxmadan oradan uzaqlaşıblar. Kənarda dayanıb baş verənləri müşahidə edən yeniyetmə isə çıxan məbləği oğurlayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.