Biləsuvarda 45 yaşlı kişi bıçaqlandı - SAXLANILAN VAR

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi olub.

Stopnarkotik.az xəbər verir ki, hadisə Biləsuvar şəhəri, Avtovağzal ərazisində qeydə alınıb.

Belə ki, rayonun Ovçubərə kənd sakini, 1980-cı il təvəllüdlü Rüfət Xudaşükür oğlu Mikayılov bıçaqlanıb.

İki bıçaq yarası alan R.Mikayılov rayon xəstəxanasına çatdırılıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı Novruz İmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.