Benyamin Netanyahu tezliklə Türkiyəyə səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüsdə keçirilən sammitində deyib ki, baş nazir Benyamin Netanyahu tezliklə Türkiyəyə səfər edəcək və o özü də İsrailə səfər edə bilər. Stopnarkotik.az bu barədə "Maariv" saytına istnadla bildirir. 

İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyə razılaşdığı üçün sammitdə gündəmin əsas fiquru olan Ərdoğan ifadə edib ki, "Netanyahu Türkiyəyə səfər edərkən, İsrailə cavab səfərimi də müzakirə edəcəyik". Yeri gəlmişkən prezident Ərdoğan bildirib ki, onun hələ də Avropa ölkələrindən terrorçuluğu dəstəkləməyi dayandırmağı və müsəlmanlara qarşı nifrətin qarşısını almağı xahiş etməyə məcbur olması biabırçılıqdır və İsveçdə Quranın yandırılması nifrət cinayətidir.

Stopnarkotik.az