Macarıstanın enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Ukrayna ərazisindən tranzitə ehtiyacı yoxdur.
Stopnarkotik.az xəbər verir ki, bu sözləri Macarıstanın XİN başçısı Peter Siyarto RİA-ya müsahibəsində deyib.
“Hazırda enerji təchizatımız təhlükəsizdir, nəzərə alsaq ki, "Türk axını" bizi qazla təmin edə bilər, ona görə də təchizatı təmin etmək üçün Ukrayna ərazisindən tranzitə ehtiyacımız yoxdur”, - o, Antalya Diplomatik Forumunda bildirib.
O əlavə edib ki, Macarıstan qaz təchizatı kanallarının artırılması ilə bağlı danışıqlara açıqdır.