Xırdalan şəhəri ərazisində bir nəfərin itirdiyi mobil telefonunun arxasında olan bank kartından 2200 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.