Balakəndə oğurluq edən 4 nəfər tutuldu

Balakən rayonunda polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə xırdabuynuzlu heyvanlar oğurlayan 31 yaşlı Ə.Əliyev və əvvəllər də məhkum olunmuş 48 yaşlı Z.Əzizov saxlanılıblar.

Stopnarkotik.az-ın məlumatına görə, keçirilən digər tədbir zamanı isə rayonun Kortala kəndindən keçən rabitə kabellərini oğurlayan iki yeniyetmə saxlanılıb. Onlar oğurladıqları kabelləri əlvan metal qəbulu məntəqələrinə satıblar. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.