Noyabrın 28-də gecə saatlarında Keşlə dəmir yolu stansiyası ərazisindən 4 yeniyetmənin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.