Noyabrın 9-da Sabunçu qəsəbəsi ərazisində bir nəfərin pulunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nail Həsənli Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.