Bakıda soyğunçuluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Nizami rayonu ərazisində bir nəfərin 1100 manat pulunun və qol saatının soyğunçuluq yolu ilə talanması barədə 23-cü Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Məmixan Məmmədov, Sadiq Əzizov və daha 2 qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.