Bakıda tələbə yoldaşını qətlə yetirən şəxsin cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində yataqxanada tələbə yoldaşını öldürməkdə təqsirləndirilən Rəşad Muxtarovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 19 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib. Belə ki, onun cəzası 17 ilə endirilib.

Qeyd: Hadisə ötən il fevralın 8-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında qeydə alınıb. 2002-ci il təvəllüdlü Əliəkbər Mərəyev adı çəkilən təhsil müəssisəsinin tələbəsi, 2007-ci il təvəllüdlü otaq yoldaşı Rəşad Muxtarov tərəfindən bıçaqlanaraq ölüb.

Rəşad Muxtarova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb./pravda.az