Bakıda ticarət mərkəzində oğurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərinin birində müxtəlif vaxtlarda iki nəfərin ümumilikdə 2430 manat pulu oğurlanıb.
Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.