Bakıda tanışların davası qanla bitdi

Bakıda bıçaqlanma hadisəsi olub.

Stopnarkotik.az xəbər verir ki, hadisə gecə saat 4 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.

55 yaşlı Teymurov Fəxrəddin Əsgər oğlu mübahisə zamanı tanışı, 32 yaşlı Əliyev Allahverdi Fəxrətdin oğlunu bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanıb.