Paytaxt sakininə qarşı soyğunçuluq edilib.
DİN-in Mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 9-da Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Allahverdiyevin 200 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini Emin Dadaşov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.