Oktyabrın 11-də axşam saatlarında Yasamal rayonu ərazisində yerləşən təmir sexlərinin birindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, polislərin keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin sexdə usta işləyən 28 yaşlı S.Təhməzov avtomobillə birgə saxlanılıb.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.