Bakıda restorandan 10800 manat oğurlandı - 22 YAŞLI GƏNC TUTULDU

Bakıda restorandan 10800 manat pul oğurlanıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində yerləşən restoranların birində baş verib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin restoranın işçisi 22 yaşlı E.Səmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.