Bakıda restoranda baş verən kütləvi dava ilə bağlı üç nəfər məsuliyyətə cəlb edilib.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, Nizami rayonunda yerləşən şadlıq sarayının yaxınlığında bir qrup şəxs arasında yaranmış mübahisə polis əməkdaşları tərəfindən araşdırılıb. Mübahisə tərəfləri - 30, 37 və 41 yaşlarında olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. Onların barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Xatırladaq ki, hadisə Nizami rayonunda yerləşən "Milord" şadlıq sarayında baş verib.
Şadlıq sarayında keçirilən məclis bitdikdən sonra qonaqlar arasında mübahisə başlayıb və bu mübahisə əlbəyaxa davaya çevrilib. Əraziyə polis əməkdaşları cəlb olunublar.