Bakıda restoranda dizaynerin boğazını kəsdilər

Bakıda restoranda dizaynerin boğazı kəsilib.

Stopnarkotik.az "report"a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, ötən gün Ərzurum restoranında Fuad Əliyev adlı dizaynerin boğazı kəsilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunub. Onların saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.