Bakıda bir nəfərin mobil telefonu oğurlanıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə rayon ərazisində bir nəfərin mobil telefonunun quldurluq yolu ilə talanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü T.Mürsəlov və Biləsuvar rayon sakini 1999-cu il təvəllüdlü A.Abdalov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.